“Liverpul” və “Borussiya” onunla maraqlanır

“Hoffenhaym”ın futbolçusu Maksimilian Beyer karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” alman hücumçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. “Liverpul” 21 yaşlı forvard üçün “Hoffenhaym”la danışıqlar aparır.

Beyerlə Dortmund “Borussiya”sı da yaxından maraqlanır.

Hücumçu ötən mövsümdə Bundesliqada 33 oyunda 16 qol vurub.