“Qalatasaray” ruslarla razılaşdı – 8 milyon avro qazanacaqlar

“Qalatasaray”ın futbolçusu Derrik Kön karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki. “Spartak” 25 yaşlı müdafiəçinin keçidi üçün “cim-bom”la razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Moskva klubu alman futbolçu üçün 8 milyon avro ödəyəcək.

Derrik bu ilin fevralından “Qalatasaray”da forma geyinir. O, İstanbul klubunda 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.