PSJ-nin futbolçusu Karlos Soler karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə İstanbul təmsilçisinin yaxın zamanda Paris klubu ilə danışıqlara başlayacağı bildirilib.
Solerin PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. O, ötən mövsümdə 28 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Futbolçunun “transfermarkt”da dəyəri 20 milyon avrodur.