“İnter” ərəblərlə bacarmadı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “İnter” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” “Əl İttihad”la üz-üzə gəlib. Görüş ərəblərin qələbəsiylə başa çatıb – 2:0. Qolları yeni transferi Mussa Diabi vurub.

“İnter” ötən mövsümdə İtaliya A Seriyasında çempion olub. “Əl İttihad” isə Səudiyyə Ərəbistanı çempionatını 5-ci sırada bitirib.