Paris-2024: Qaşım Maqomedov “gümüş”lə kifayətləndi

Paris Yay Olimpiya oyunlarında ölkəmizi taekvondo yarışlarında təmsil edən Qaşım Maqomedov final görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Cənubi Koreya təmsilçisi Park Tae-Junla qarşılaşıb.

İlk hissənin əvvəlində ayağından zədə alan Qaşım mübarizənin yekununda rəqibinə 0:2 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.