Paris-2024: Sənan da medalsız qaldı

Paris Yay Olimpiya oyunlarında ölkəmizi güləşin yunan-roma növü üzrə təmsil edən Sənan Süleymanov bürünc medal görüşünə çıxıb

Futbolpress.az xəbər verir ki, 77 kq-da mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda qırğızıstanlı güləşçi Akjol Mahmudovla qarşılaşıb. Görüş rəqibin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə də, güləşçimiz olimpiadanı 5-ci sırada başa vurdu.