Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub. Çexiya “Slaviya”sı doğma meydanda Belçikanın “Yunion” klubuna qalib gəlib. “Slovan” APOEL-i 2 cavabsız qolla məğlub edib. “Budyo-Qlimt” isə Polşa səfərindən sərfəli nəticə ilə qayıdıb.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
21:00 Slaviya (Çexiya) – Yunion (Belçika) 3:1
Qollar: T.Xorı, 19,41, O.Dorli, 57 – A.Buzek, 73 (avtoqol)
22:30 Slovan (Slovakiya) – APOEL (Kipr) 2:0
Qollar: R. Petroviç, 74 (avtoqol), R.Mak 90+3
22:45 Yagelloniya (Polşa) – Budyo-Qlimt (Norveç) 0:1
Qollar: A.Deqes, 58 (avtoqol)