Paris-2024: Qaşım Maqomedov yarımfinala yüksəldi

Paris Yay Olimpiya oyunlarında ölkəmizi taekvondo yarışlarında təmsil edən Qaşım Maqomedov yarımfinala yüksəlib

Futbolpress.az xəbər verir ki, o, 1/4 finalda ispaniyalı Adrian Visente ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn təmsilçimiz adını yarımfinal mərhələsinə yazdırıb.

Onun final yolundakı rəqibi Omar Salim (Macarıstan) – Vito Del Akvila (İtaliya) duelindən qalib ayrılan tərəf olacaq.