“Mançester Siti” onu icarəyə verdi

“Mançester Siti” futbolçusu Kallum Doyl karyerasını “Norviç”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” 20 yaşlı müdafiəçinin sözləşməsini 3 illik uzadıb, Çempionşip təmsilçisinə icarəyə verib. Doyl 2025-ci ilin yayına kimi “Norviç”də çıxış edəcək.

“Mançester Siti”nin yetirməsi olan müdafiəçi ötən mövsümü “Lester”də icarədə keçirib.