“Barselona”nın yetirməsi yenidən La Liqada

“Leypsiq”in futbolçusu İlayş Moriba karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Selta”ya keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Moriba 2025-ci ilin yayına kimi icarə əsasında “Selta”da çıxış edəcək.

“Barselona”nın yetirməsi olan futbolçu ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib. O, 14 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.