“Ludoqorets”in futbolçusu Diniş Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, görüşdə birinci qolu vuran müdafiəçi 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Komanda şəklində mübarizə apardıq, yaxşı müdafiə olunduq və qələbə qazandıq. Bu, hələ başlanğıcdır. Razqradda işimizi bitirməliyik.
“Qarabağ”ın güclü komanda olduğunu bilirdik. Onların ötən mövsümdə Avropada etdikləri parlaq idi. Onları yaxşı təhlil etmişdik və şanslarımızdan yararlandıq.
“Qarabağ”ı dayandıra bildik. Qarşıda daha bir matç var və çox yaxşı oynamalıyıq. İki futbolçumuz olmayacaq və bu, bizə çətinlik yaradacaq. Amma ümid edirəm ki, işimizin öhdəsindən gələrik”.
Komandalar arasındakı cavab görüşü avqustun 13-də olacaq.