Juninyo Reynaldoya çatdı, rekorda yaxınlaşdı

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”ə məğlub olub – 1:2.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın yeganə qolunu ikinci hissədə Olaviyo Juninyo vurub. Bu, braziliyalı forvardın komanda ilə avrokuboklardakı 11-ci qolu olub.

Juninyo bu göstəricidə “Qarabağ”ın keçmiş hücumçusu Reynaldoya çatıb. O, daha üç qol vurarsa, komandanın avrokuboklardakı bombardiri Abdullah Zubirə çatacaq.

Zubir hazırda 14 qolla həm “Qarabağ”, həm də Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçudur.