Veteran futbolçu: “Hamı “Qarabağ”ın səviyyəsini bilir”

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edəcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Rasim Ramaldanov “FutbolPress“ə açıqlamasında “Qarabağ”ın qələbə qazanacağına inandığını söylədi:

“Qarabağ”dan danışmağa ehtiyac yoxdur. Hamı onların səviyyəsi bilir. Bugünkü rəqibləri də Bolqarıstan çempionudur. Onlar da demək olar, hər mövsüm öz ölkələrinin ən yaxşısı olur. Buna baxmayaraq, “Qarabağ” inanırıq və uğurlar arzu edirik. Fikrimcə, “Qarabağ” hər iki oyunda qələbə qazanacaq”.

“Qarabağ” – “Ludoqorets” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.

Şahin Cəfərov