Paris-2024: Stadnik uduzdu, Süleymanov yarımfinalda

Azərbaycanın yunan-Roma güləşçisi Mariya Stadnik Paris-2024-də 1/4 final görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, o, bu mərhələdə Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib. Stadnik sonuncu xal prinsipinə əsasən rəqibinə məğlub olub. O, təsəlliverici görüşə çıxacaq.

Digər güləşçimiz Sənan Süleymanov isə Macarıstan təmsilçisi Zoltan Levayı məğlub etməklə yarımfinala yüksəlib.