Paris-2024: Türkiyə yığmasından tarixi nəticə

Türkiyənin voleybol millisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “filenin sultanları” 1/4 finalda Çinlə qarşılaşıb.

3:2 hesabıyla qələbə qazanan Türkiyə yığması tarixində ilk dəfə Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Türkiyənin rəqibi Serbiya – İtaliya cütünün güclüsü olacaq.