Luçesku milliyə baş məşqçi təyin edildi

Tanınmış məşqçi Mirça Luçesku Rumınya yığmasına rəhbərlik edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 79 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Luçesku daha əvvəl 1981-1986-cı illərdə Rumıniya millisini çalışdırıb. O, son olaraq Kiyev “Dinamo”suna rəhbərlik edib.