Serbiya millisinin qapıçısı “Əl İttihad”ı seçdi

“Əl İttihad” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Malyorka” və Serbiya yığmasının qolkiperi Predraq Raykoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.

“Əl İttihad” Raykoviç üçün 11 milyon avro ödəyəcək.