Millinin aparıcı oyunçusu İspaniyaya üz tutdu

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Torino”dan Rikardo Rodriqesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Rodriqes daha əvvəl “Milan”, “Volfsburq”, PSV və “Sürix”də forma geyinib.

Müdafiəçi İsveçrə yığmasının əsas oyunçularındandır. O, Almaniyada təşkil olunan Avropa çempionatında 5 oyunun hamısında meydana çıxıb.