“Atletiko” “Mançester Siti”nin və Argentina millisinin futbolusu Yulian Alvaresi transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. Madrid klubu 24 yaşlı hücumçu üçün 75 milyon avro təklif edib.
Tərəflər arasında danışıqlar davam edir. “Atletiko”nun forvardla müqavilə detallarında razılığa gələcəyi gözlənilir.
Alvares ötən mövsümdə İngiltərə Premyer Liqasında 36 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.