Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, 130 kq-da mübarizə aparan güləşçi 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb. Görüş Sabahın qələbəsiylə başa çatıb və o, yarımfinala yüksəlib.
Şəriəti final yolunda Mixain Lopes Nunyeslə (Kuba) qarşılaşacaq.