PSJ onunla bağlı qərarını verdi

Fransanın PSJ klubu futbolçusu Xavi Simonsu yenidən icarəyə verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2024/25 mövsümünü “Leypsiq”də keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı niderlandlı futbolçu ötən mövsümü də məhz Bundesliqa klubunda icarədə keçirib.