Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın rəqibi bilindi

Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” III təsnifatda “Ludoqorets”i (Bolqarıstan) keçsə, növbəti rəqibi Zaqreb “Dinamo”su olacaq.

Türkiyənin “Qalatasaray” klubu bu mərhələdə İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşacaq. “Fənərbağça” “Lill” səddini aşsa, “Slaviya” – “Yunion” cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar yolu
“Yanq Boyz” – “Qalatasaray”
“Dinamo” (Zaqreb) – “Qarabağ” – “Ludoqorets” cütünün qalibi
“Midtyulland” – “Ferentsvaroş” cütünün qalibi – “Slovan” – APOEL cütünün qalibi
“Yagellonya” – “Bodo Qlimt” cütünün qalibi – “Srvena Zvezda”
“Malmö” – PAOK cütünün qalibi – “Sparta” – “Styaua” cütünün qalibi

Liqa yolu
“Lill” – “Fənərbaxça” cütünün qalibi – “Slaviya” – “Union Sent Jiloaz” cütünün qalibi
“Dinamo” (Kiyev) – “Reyncers” cütünün qalibi – “Zalsburq” – “Tvente” cütünün qalibi