“Sabah” və “Zirə”nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri azalıb.
Futbolpress.az xəbər verir ki, bu raundun püşkü bu gün atılacaq. Mərasim saat 16:00-da başlayacaq. “Sabah” 3-cü təsnifat mərhələsində “Sent Patriks” (İrlandiya), “Zirə” isə “Osiyek”lə (Xorvatiya) qarşılaşacaq.
“Sabah”ın potensial rəqibləri:
1. “Çelsi” (İngiltərə)
2. “İberia” (Gürcüstan) – “Başakşehir” (Türkiyə)
3. “Mlada” (Çexiya) – “Hapoel” (Beer-Şeva, İsrail)
4. “İlves” (Finlandiya) – “Yurqorden” (İsveç)
5. “Molde” (Norveç) – “Serkl Brügge” (Belçika)
“Zirə”nin potensial rəqibləri:
1. “Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya)
2. “Heydenheym” (Almaniya)
3. “Lans” (Fransa)
4. “Omonoiya” (Kipr) – “Fehervar” (Macarıstan)
5. “Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya)