Millinin hücumçusu Türkiyə klubu ilə razılaşdı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan hücumçu “Ankaragücü” ilə danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Dadaşovun I Liqa klubu ilə anlaşmağa yaxın olduğu bildirilib.

Renat ötən mövsümü Türkiyədə “Hatayspor”da keçirib. O, Super Liqada 31 oyunda 6 qol vurub.