“Neftçi” məğlub oldu, “Sumqayıt”dan darmadağın

Bu gün Əvəzedicilər Liqasında I turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz-2” “Neftçi”nin əvəzedici komandası ilə qarşılaşıb. Matç tovuzluların qələbəsiylə başa çatıb.

Günün digər matçında isə “Sumqayıt-2” “Kəpəz-2″ni darmadağın edib.

Azərbaycan Əvəzedicilər Liqası
I tur

4 avqust

Neftçi-2 – Turan Tovuz-2 1:2
Qollar: İbrahim Novruzov, 6 – Məzahir Məmmədzadə, 61, Elçin Qasımov, 68

Sumqayıt-2 – Kəpəz-2 4:0
Qollar: Əjdər Hacılı, 15, Anar Əhmədzadə, 54, Nihad Orucəli, 82, Ruslan Əliyev, 90+1