A Seriyasına yüksələn komanda Cengizə “elçi düşdü”

“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasına İtaliyada davam edə bilər.

Futbolpress.az xəbər verir ki, türkiyəli vinger ilə “Venetsiya” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə A Seriyasına yüksələn komandanın Cengiz üçün yaxın zamanda danışıqlara başlayacağı bildirilib.

Ünder ötən mövsüm Super Liqada 24 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.