“Qalatasaray”dan 18 milyonluq transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Norviç”dən Qabriel Saranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “cim-bom”la rəsmi müqavilə imzalayacaq.

Sara ötən mövsüm “Norviç”lə Çempionşipdə 46 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Qalatasaray” braziliyalı futbolçu üçün 18 milyon avro ödəyəcək.