“Qarabağ”ın rəqibi azərbaycanlı futbolçunun komandasını məğlub etdi

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyinidiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Ludoqorets”lə qarşılaşıb. Görüş “Arda”nın böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 1:5.

Cəlal bu görüşdə 90 dəqiqə meydanda olub və 37-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Ludoqorets” Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq. İlk oyun avqustun 6-da Bakıda olacaq. Cavab görüşü isə avqustun 13-də Bolqarıstanda baş tutacaq.