Motta onun “Yuventus”dan ayrılacağını açıqladı

“Yuventus”un baş məşqçisi Tyaqo Motta yarımmüdafiəçi Federiko Kyezanın komandadan ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Sky Sport İtalia”ya açıqlamasında futbolçunun planlarına daxil olmadığını bildirib.

Kyeza ilə İngiltərənin “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” komandaları maraqlanır.

Federiko 2022-ci ildən “Yuventus”da çıxış edir. O, ötən mövsümdə 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.