“Borussiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Dortmund təmsilçisi “Mançester Siti”dən Yan Kutonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi 2024/25 mövsümünü “Borussiya”da keçirəcək.
Kuto son olaraq İspaniyada “Jirona”da icarədə olub. O, La Liqada 59 oyunda 2 qol vurub, 12 məhsuldar ötürmə edib.