Paris-2024: Azərbaycan avarçəkəni 17-ci oldu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Futbolpress.az xəbər verir ki, o, fərdi yarışda 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edib və 17-ci olub.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.