Cəlal Azərbaycana qayıtmaq istəmir: “Maraqlananlar var idi”

Azərbaycan yığmasının və Bolqarıstanın “Arda” komandasının futbolçusu Cəlal Hüseynov ölkəyə qayıtmaq istəmir.

Müdafiəçi bu barədə “FutbolPress“ə açıqlamasında söylədi. O, yayda şifahi marağın olduğunu, ancaq rəsmi təklif almadığını bildirdi:

“Təklif yox, maraqlananlar var idi. Rəsmi müraciət olmadı. Ümumiyyətlə, indi Azərbaycana qayıtmaq istəmirəm”.

Cəlal 2023-cü ilin yayından “Arda”da çıxış edir. O, bu mövsüm 2 oyunda meydana çıxıb.

Şahin Cəfərov