Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə start verilib. Son çempion “Qarabağ” açılış oyununda “Araz-Naxçıvan”ı 4:1 hesabıyla məğlub edib.
Oyun gözlənildiyi kimi “atlılar”ın üstünlüyü ilə keçdi. Matçın əvvəlində “Araz-Naxçıvan”ın qapıçısı Tərlan Əhmədlinin səhvindən sonra hesabı açan “atlılar” 10 dəqiqə tamamlanmamış daha bir qol vuraraq, rəqibin müqavimətini qırdı. Yenilənmiş “Araz-Naxçıvan”da komanda hələ bir-birinə uyğunlaşmayıb. Futbolçuların anlaşmazlığı, xəttlərarası əlaqənin yoxluğu “Qarabağ” qarşısında nələrsə etməyə imkan vermədi. Əvəzində son çempion demək olar, hər hücumçunu təhlükəli alındıra bildi.
Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan”a vaxt lazımdır. Yeni transferlərin uyğunlaşma prosesinin ləng getməsi komanda üçün pis nəticələrə səbəb olan bilər. Mütəxəssis oyundan sonra klubda söz sahibi olan Zaur Axundovun “iki aya nəticə olmazsa, Baxşıyev göndəriləcək” sözlərinə də cavab verdi. Baxşıyev məhz Axundovun təşəbbüsü ilə komandaya gəldiyini qeyd etməyi unutmayıb. Mütəxəssis daha əvvəl “Qəbələ”də döyüşkən komanda yarada bilib. Baxşıyevin “Araz-Naxçıvan”da əsas hədəfi yaxşı oyunla nəticə verməkdir. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək.
“Qarabağ” isə mövsümün demək olar, ən hazırlıqlı komandasıdır. Buna qədər Çempionlar Liqasında iki oyun keçirən Qurban Qurbanovun komandası “Araz-Naxçıvan”la matçda ehtiyat qüvvə ilə meydana çıxsa da, inamlı oyunla qələbə qazana bildi.