“Çelsi” onu yenidən icarəyə verdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Andrey Santosu yenidən icarəyə verib.

Futbolpress.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Santos növbəti mövsümü “Strasburq”da icarədə keçirəcək.

20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünün ikinci yarısında da Liqa 1 təmsilçisində çıxış edib.