“Real Sosyedad” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Zalsburq”dan Luki Suçiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
“Transfermarkt” portalına görə “Real Sosyedad” Luki üçün 10 milyon avro ödəyib.
Xorvatiya yığmasının da üzvü olan futbolçu ötən mövsümdə “Zalsburq”la 32 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.