Paris-2024: Azərbaycan 15-cidir

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan hazırda medal sıralamasında 15-ci pillədədir. Ölkənin aktivində iki qızıl medal var. Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev fəxri kürsünün yüksək pilləsinə çıxıblar.

Medal sıralamasında birinci yerdə Çindir. Asiya təmsilçisinin idmançılarının aktivində ümumilikdə 24 medal var ki, onların 11-i qızıl, 7-si gümüş, 6-sı isə bürüncdür.