Emreli “Dinamo”dan ayrıldı

Azərbaycan milli komandasının üzvü Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Emrelinin adı Almaniyanın “Nürnberq” klubu ilə hallanır.