ABŞ-də ingilislərin duelini “Liverpul” qazandı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” və “Arsenal” yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, ABŞ-də baş tutan görüş Mersisayd təmsilçisinin qələbəsiylə başa çatıb – 2:1.

“Liverpul”un qollarını Məhəmməd Salah və Fabio Karvalyu vurub. “Arsenal”da isə Kay Haverts fərqlənib.