“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb. “Kimyaçılar” Macarıstanın “Fehervar” komandası ilə duellərdən (1:2, 0:0) məyus ayrılıb.
“Sumqayıt”ın futbolçusu Elvin Bədəlov “Fehervar”la səfər görüşündən sonra “FutbolPress“ə açıqlamasında fikirlərini bölüşdü:
“Çətin oyunlar oldu. Hazırlamışdıq, fikrimcə pis oynamadıq. Məlum səbəblərə görə keçə bilmədik. Hakimlikdən danışmaq istəmirəm. Yaradıcılığımız çatmadı”.