Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Finlandiya təmsilçisi HİK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ozan ilə 2 illik müqavilə imzalanıb.
Kökçünün son klubu Niderlandda “Eyndhoven” olub. Finlandiya təmsilçisi onun üçün müəyyən məbləğdə transfer haqqı ödəyib, lakin rəqəm açıqlanmayıb.
Ozan yeni klubuna keçidi haqda bunları deyib:
“Əsas mövqeyim hücumun arxasındadır. Lakin lazım olduqda cinahlarda da oynamağı bacarıram. İstəkli və arzuluyam. Bütün gücümü verib, komanda üçün faydalı olmağa çalışacam”.
Kökçü Azərbaycan millisində 7 oyuna çıxıb.