Arda Güler üçün 80 milyonluq təklif

“Real”ın futbolçusu Arda Güler karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi “Nyukasl”ın diqqət mərkəzindədir. Bu barədə “Defensa Central” məlumat yayıb.

“Sağsağanlar” türkiyəli futbolçu üçün 60 milyon avro və əlavə 20 milyon avro bonuslar ödəməyə hazırdır.

Arda ötən mövsüm “Real”da 12 oyunda 6 qol vurub.