“Fehervar”ın baş məşqçisinin qələbə arzusu

“Fehervar”ın baş məşqçisi Tomaş Peto Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Sumqayıt”a qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin matç olacaq. “Sumqayıt” yaxşı qaçan, aqressiv komandadır. Buna baxmayaraq, ilk oyun bizimçün yaxşı keçdi. İndi azarkeşlərimizin önündə də qələbə qazanmaqdan başqa məqsədimiz yoxdur. Diqqətli olmalıyıq. Rəqibə hörmətlə yanaşırıq, amma hədəfimiz qələbədir”.

Matç saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda “Sumqayıt” məğlub olub – 1:2.