Macarların avrokubok oyununa marağı azdır

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində bu gün Macarıstanda “Fehervar”ın qonağı olacaq.

FutbolPress“in əldə etdiyi məlumata görə, “Sostoi” stadionunda baş tutacaq görüşə azarkeş marağı azdır. Oyun üçün artıq 5000-ə yaxın bilet satılıb. Arenanın tutumu isə 14 mindir.

Matç saat 21:00-da start götürəcək. “Sumqayıt” ilk oyunda 1:2 hesabıyla uduzub.

Şahin Cəfərov