Roman Qriqorçuk: “Ştoqrin universal və ağıllı futbolçudur”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Andrey Ştoqrinin transfer olunmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında həmyerlisinin “Neftçi” üçün vacib fiqur olacağına inandığını bildirib:

“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.