Keçmiş futbolçu Cibril Sissenin oğlu Kobi Sisse “Liverpul”la peşəkar müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı futbolçu yeni mövsümdə “qırmızılar”ın U-18 komandasında oynayacaq.
Cibril Sisse 2004-2006-cı illərdə “Liverpul”un formasını geyinib.