“Tottenhem”dən La Liqa klubuna

“Tottenhem” futbolçusu Brayan Xili icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi İspaniya təmsilçisi “Jirona”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xil mövsümün sonuna qədər La Liqa klubunda oynayacaq.

Brayan 2021-ci ildə “Sevilya”dan “Tottenhem”ə keçib. O, londonlularla 43 oyunda 2 məhsuldar ötürmə edib.