ÇL: “Fənərbağça” cavab oyununa çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Linkoln”u (Cəbəllütariq) qəbul edəcək.

Macarıstanın “Ferentsvaroş” komandası Uelsdə TNS-in qonağı olacaq. Türkiyə “Fənərbağça”sı isə İstanbulda “Luqano” ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00 Qarabağ – Linkoln (Cəbəllütariq)
İlk oyun 2:0

21:00 Fənərbağça (Türkiyə) – Luqano (İsveçrə)
İlk oyun 4:3

21:00 Petrokub (Moldova) – APOEL (Kipr)
İlk oyun 0:1

21:00 Sparta (Praqa, Çexiya) – Şemrok (İrlandiya)
İlk oyun 2:0

22:00 TNS (Uels) – Ferentsvaroş (Macarıstan)
İlk oyun 0:5

22:30 Slovan (Slovakiya) – Çelye (Sloveniya)
İlk oyun 1:1

22:45 Klaksvik (Farer adaları) – Malmö (İsveç)
İlk oyun 1:4