“Qəbələ”dən “Kəpəz”ə

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, təcrübəli müdafiəçi İlkin Qırtımov Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

Onunla 1 illik müqavilə imzalanıb. Qırtımovun son klubu “Qəbələ” olub.