Azərbaycan – Slovakiya oyununun stadionu bilindi

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan millisi qrupda Slovakiya ilə yanaşı, İsveç və Estoniya ilə mübarizə aparacaq.