“Sumqayıt” Avropada yaşayan azərbaycanlılara müraciət etdi

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda iyulun 31-də Macarıstanda “Fehervar”la qarşılaşacaq “Sumqayıt” azarkeşlərinə müraciət edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avropada, xüsusilə, Macarıstanda yaşayan azərbaycanlı fanatlar oyun üçün biletləri Azərbaycanın Macarıstandakı səfirliyindən əldə edə bilərlər. Bunun üçün qeyd edilən linkdən qeydiyyatdan keçmək lazımdır.

“Sumqayıt” ilk oyunda “Fehervar”a 1:2 hesabıyla uduzub.